Saakaşvili korrupsiyaya qalib gəlməyin yolunu göstərib - “20 tanınmışın həbsi yetər”

24-03-2016, 23:32           
Saakaşvili korrupsiyaya qalib gəlməyin  yolunu göstərib - “20 tanınmışın həbsi yetər”
Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada korrupsiyaya qalib gəlməyin sadə yolunu göstərib.Musavat.com-un məlumatına görə, “Novaya qazeta”ya müsahibəsində o, bildirib ki, bunun üçün ölkədə bir neçə məşhur siyasətçini, o cümlədən daxili işlər naziri Arsen Avakovu (erməni əsillidir –red.) həbs eləmək lazımdır.

“Ukraynada təxminən 20 adamı içəri salmaq lazımdır – ancaq yalnız tanınmışları. Bununla da hər şey bitəcək. Kivalovu, məsələn (Sergey Kivalov – Ali Radanın Odessadan olan deputatı). Kolomoyskini, məsələn. Aydın məsələdir ki, Avakovu. Mənə atdığı stəkana görə yox, internetdə yayılan videoya görə – harada ki, onun kabinetində hər şeyin necə “yerbəyer olduğu”, “həllini tapdığı” göstərilir. Həm də qanunsuz kazinoya görə – harada ki, onun oğlu sıravi ukraynalının ömrü boyu qazana bilmədiyi məbləği uduzur” – deyib Saakaşvili.
Qubernator həmçinin, Ukrayna korrupsiyasının simvolu saydığı zəngin biznesmen Rinat Axmetovun da həbsinin istəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.