Avropanın iri bankları Rusiyanın 3 milyard dollarlıq qiymətli kağızlarını yerləşdirməkdən imtina edib. Bu barədə The Wall Street Journal məlumat yayıb.
WSJ-nın məlumatına görə, Avropanın BNP Paribas, Credit Suisse Group AG, Deutsche Bank AG, HSBC və UBS Group AG kimi iri bankları Rusiyanın qiymətli kağızlarını yerləşdirməkdə iştirak etməyib. Martın ortasında Avropanın Mərkəzi Bankı kredit təşkilatlarına bu prosesdə iştirak etməyəyə çağırıb.
Bundan əvvəl ABŞ Dövlət Departamenti ABŞ banklarına qiymətli kağızların yerləşdirişdirilməsində iştirak etməməyi tövsiyə edib.