Qadın zinada suçlandı, şallaqlandı - FOTO

25-03-2016, 09:06           
Qadın zinada suçlandı, şallaqlandı - FOTO
İndoneziyanın Banda-Açex əyalətinin Şəriət Məhkəməsi daha üç nəfəri cəzalandırıb.

İki kişi və bir qadın Şəriət qaydalarını pozduqlarına görə şallaqlanıblar.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, nikahdan kənar cinsi əlaqəyə girdiyi üçün cəlzalanmış 27 yaşlı qadına 30 şallaq vurulub.

Diz çökdürülmüş qadın hıçqıraraq ağlayıb, günahsız olduğunu, şər və böhtan qurbana məruz qaldığını deyib.

Aldığı zərbələrdən huşunu itirən qadını meydandan xərəklə çıxarıblar. Daha sonra iki kişi zinakarlıqda suçlanıblar və şallaqlanıblar. Banda-Açexdə 2005-ci ildən bəri Şəriət qaydaları qüvvədədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.