Kim Çeni divar yazısı ilə təhqir etdilər: polis qapı-qapı gəzərək əl yazılarını yoxlayır

6-01-2022, 08:12           
Kim Çeni divar yazısı ilə təhqir etdilər: polis qapı-qapı gəzərək əl yazılarını yoxlayır
Şimali Koreyada Kim Çen Inı təhqir edən qraffiti yazılar aşkarlanıb.

ONN media xəbər verir ki, mübahisəli yazı dekabrın 22-də Pxençon rayonunda mənzilin divarlarında görünüb. Kim Çen Inı təhqir edən sözlərlə yanaşı, “İnsanlar sənin üzündən acından ölür” yazısı diqqət çəkib.

Onlarla məmur yazını yazan şəxsi tapmaq üçün qapı-qapı gəzərək əlyazma nümunələrini toplamağa başlayıb.

Polis isə təhlükəsizlik kameralarını yoxlayır və yerli sakinləri sorğu-sual edir.

Divardakı yazı görünən kimi yerli hakimiyyət orqanları tərəfindən təmizlənib və polis cinayətkarın izinə düşüb. Polis, şəhərin hər yerində quraşdırılmış təhlükəsizlik kameralarından istifadə edərək, şübhəlinin tutulmasının an məsələsi olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru