Hökumətdən xalqa rəsmi müraciət - “Aclığa hazır olun...”

30-03-2016, 15:57           
Hökumətdən xalqa rəsmi müraciət - “Aclığa hazır olun...”
Şimali Koreya hökuməti xalqı şərəfli aclığa hazır olmağa çağırıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin partiya qəzeti bəyanat yayıb. Şimali Koreyanı belə bir addım atmağa bir ay əvvəl BMT tərəfindən tətbiq edilən sərt sanksiyaların vadar etdiyi ehtimal edilir. Xatırladaq ki, həmin sanksiyalar bu ilin əvvəli rəsmi Pxenyanın sualtı bomba və uzun mənzilli raketi sınaqdan keçirməsi ilə bağlı verilib.

Britaniya mətbuatı isə ölkənin 90-cı illərdəki aclıqla üz-üzə qala biləcəyini yazıb. Həmin dövrdə quraqlıq yaşayan Şimali Koreyada 3 milyon insan ölmüşdü. Koreya mətbuatı isə xalqı qaçılmaz fəlakətə cəsarətlə “sinə gərmək” üçün hazırlamağa başlayıb. Yerli mətbuat inqilaba gedən yolun hər zaman kələ-kötür, uzun olduğunu yazaraq insanları psixoloji olaraq aclığa hazırlayır.

Bununla yanaşı, Pxenyan əhalisi qarşısında hər ay ərzində ərzaq anbarlarına iki funt düyü gətirmək tapşırığı verilib. Hökumət xarici qida mənbələri axtarmaqla da məşğuldur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.