Amerikalılar Oman boğazında İran gəmisini ələ keçirib

23-01-2022, 16:54           
Amerikalılar Oman boğazında İran gəmisini ələ keçirib
ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının məlumatına görə, Yəmənin şimalında Ənsar Allah (Husi) üsyançılarına partlayıcı maddələr hazırlamaq üçün istifadə oluna biləcək gübrə daşıdığı iddia edilən İran gəmisi saxlanılıb. Bu barədə RİA Novosti yazır.

Qeyd olunur ki, İrandan yola düşən gəmi “ənənəvi olaraq Yəmən husilərini silahla təmin etmək üçün istifadə edilən” marşrutla hərəkət edib. O, Oman körfəzində tutuldu.

“Gəminin yoxlanılması nəticəsində ABŞ qüvvələri partlayıcı maddələrin istehsalında da istifadə edilən 40 ton karbamid aşkar edib”, - ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması “Twitter” hesabında yazıb.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru