“Putinin gizli ordusu əmr gözləyir” –“Gizli döyüş dəstələri” ŞOK İDDİA
16-04-2016, 11:12
"Putinin gizli müharibəsi” kitabını yaxın vaxtlarda cap edən alman jurnalisti, bioqraf Boris Raytşuster Rusiya xüsusi xidmət orqanları tərəfindən əsası qoyulan təkbətək döyüş məktəbləri şəbəkəsi haqqında apardığı araşdırmanın təfərrüatlarını danışıb.
Jurnalist Almaniyanın "Deutsche Welle” nəşrinə müsahibəsində Almaniya və digər ölkələrdə silah və partlayıcı maddələrlə davranış qaydalarını öyrənən gizli döyüş qruplarının Moskvadan siqnal gözlədiyini deyib.
Putin və Rusiya haqqında bir çox kitabların müəllifi olan, Moskvada illərlə işləyən bioqraf bildirir ki, "Putinin gizli ordusu” haqqında xəbərlər həqiqətə uyğundur.
"Düzdür, hazırda böyük formalaşmadan söhbət getmir. Ümumilikdə, 250-dən 300-ə qədər insandan söhbət gedir. Bu bölmələr Rusiya xüsusi xidmət orqanları tərəfindən döyüş sənəti məktəbləri əsasında formalaşdırılır. Onlara yalnız döyüş sənəti deyil, həm də partlayıcı maddələr və odlu silahla davranmağı, diversiya fəaliyyəti ilə məşğul olmağı öyrədirlər”, - kitabın müəllifi bildirib.
Raytşusterin məlumatına görə, bu insanlar hazırlıqdan sonra Almaniyaya qayıdaraq sakitcə yaşayır və Moskvadan komanda gözləyirlər. Bəziləri diversantlar kimi Almaniyanın hüquq-mühafizə, orqanları və güc idarələrində xidmət edirlər. "Putinin gizli müharibəsi” kitabının müəllifi iddia edir ki, söhbət həm alman, həm də ikili vətəndaşlardan (Rusiya və Almaniya) gedir. Jurnalist xatırladır ki, keçmiş SSRİ-dən gələnlərin böyük əksəriyyəti, yəni Almaniyada yaşayan rusiyalılar loyal vətəndaşlardır və onları Putinin "beşinci kolonu” kimi düşünmək olar.
Raytşuster əmin edir ki, "gizli döyüş dəstələri”nin hazırlığında yeni heç nə yoxdur: "Almaniya Demokratik Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi ("Ştazi”) bu cür diversantlar hazırlayır və onları Qərbi Almaniyaya göndərirdi”.
Onda olan informasiyaların mənbələri haqqında suala cavab olaraq jurnalist bildirib ki, gizli dəstələr haqqında sənədləri Qərbi Avropa xüsusi xidmət orqanlarından biri ona verib.
"Putinin döyüş dəstələri” haqqında mövzunu bu günlərdə Almaniyanın "Bild” nəşri qaldırıb. Nəşrin yazdığına görə, döyüş məktəbləri şəbəkəsində "Sistem” əlbəyaxa döyüşünün texnikasını öyrədirlər. Bunun üçün arxasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşları və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları dayanır.
Nəşr qeyd edir ki, yaxşı maskalanmış və elit xüsusi bölmələrinin döyüşçüləri - sabotajçılar, təhrikçilər və terrorçular istənilən ölkənin dəhşətli yuxusudur.
"Kremlin rəhbəri Vladimir Putin artıq Almaniya və başqa Qərb ölkələrində gizli döyüş dəstələrini yerləşdirib”, - alman jurnalistlər bildiriblər.
Nəşr materialda şəxsi mənbələrə, Rusiya haqqında kitablara, alman jurnalisti Boris Raytşusterin Putininin həyatı haqqında araşdırmalara və onun "Putinin gizli müharibəsi” adlı kitabına, həmçinin Qərbi Avropa kəşfiyyat xidməti tərəfindən toplanmış dosyeyə istinad edib. /Publika.az/