Rusiya sərhədə qoşun toplayır

17-04-2016, 11:58           

Rusiya rəhbərliyi Ukrayna sərhədində hərbi gücünü artırır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin nümayəndəsi Vadim Skibitski məlumat verib.

Rusiyanın Ukrayna sərhədində hərbçilərinin sayını artırdığını deyən Skibitski bu addımın ölkəsinin milli təhlükəsizliyinə təhdid olduğunu bildirib.

O qeyd edib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı silahlı hücuma hazırlaşır.

Eyni zamanda, Kəşfiyyat Xidmətinin nümayəndəsi Rusiyanın işğal etdiyi ərazilərdə və Krımda yeni birliklər yaratdığını vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.