Bayden: Ukraynaya daha təkmil silahlar verəcəyik

1-06-2022, 12:28           
Bayden: Ukraynaya daha təkmil silahlar verəcəyik
ABŞ Ukraynanı daha təkmil raket sistemləri və döyüş sursatları ilə təmin edəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden “Nyu York Tayms” qəzetindəki köşə yazısında bildirib.

O qeyd edib ki, onların məqsədi demokratik, müstəqil, suveren və firavan Ukraynanı müdafiə etməkdir:

“Biz ukraynalıları daha yaxşı raket sistemləri və döyüş sursatları ilə təmin edəcəyik ki, bu da onlara Ukrayna döyüş meydanındakı əsas hədəfləri dəqiq vurmağa imkan verəcək”.

Bayden Rusiyaya sanksiyalarla bağlı müttəfiqlər və tərəfdaşlar ilə əməkdaşlığı davam etdirəcəyini də vurğulayıb:

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyanın təcavüzü nəticəsində daha da şiddətlənən qlobal ərzaq böhranını aradan qaldırmaq üçün çalışacağıq. Avropalı müttəfiqlərimizə və digər ölkələrə Rusiyanın qalıq yanacaqlarından asılılığı azaltmağa və təmiz enerji gələcəyinə keçidimizi sürətləndirməyə kömək edəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru