Rusiyada daşqın: Küçələri su basdı

Bu gün, 07:04           
Rusiyada daşqın:
Rusiyanın Krasnodar diyarında daşqın olub, suya düşənlər xilas edilib.

Rusiya KİV-ləri xəbər verir ki, Krasnodar diyarında yağan güclü yağışlar nəticəsində Defan çayının səviyyəsi kəskin qalxıb.

Tuapsinsk rayonunda vəziyyət ağır olaraq qalır. Bu gün səhər Dəfanovka kəndində körpüdən keçən 4 nəfər güclü axın ilə əlaqədar ağaca dırmaşaraq sağ qalmağı bacarıb və onlar xilasedicilər tərəfindən xilas olunublar.

Bu kənddə içərisində 25 nəfər olan sərnişin avtobusu da körpüdən çaya düşüb. “Kuban-SPAS” xilasedicilərinin operativ müdaxiləsi nəticəsində bütün sərnişinlər xilas edilib.

Olqinka da həyəcan siqnalları verilib. Tu və Kabak çaylarının səviyyəsi kəskin qalxıb. Moldovanovkada küçələri su basıb. Lermontovo kəndində isə qəzalı vəziyyətdə olan körpü tamamilə dağılıb.

Moldovan keçidində sürüşmə səbəbindən nəqliyyat hərəkəti müvəqqəti dayandırılıb, Cübqa yaxınlığında isə əks istiqamətli hərəkət rejimi tətbiq olunub. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, hazırda təhlükəli bölgələrdən uşaq turist qrupları təxliyə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru