Şah Təhmasibin, Roma Papası, Portuqaliya və İngiltərə Krallığının "Osmanlıya qarşı birlikdə müharibə aparaq" təklifinə cavabı.

Bu gün, 08:04           
Şah Təhmasibin, Roma Papası, Portuqaliya və İngiltərə Krallığının "Osmanlıya qarşı birlikdə müharibə aparaq" təklifinə cavabı.
Gəlin bundan sonra deyin ki, Səfəvilər "Türk dünyasını böldülər", "Xristianlarla birləşib Osmanlıya arxadan zərbə vururdular" və s. cəfəng fikrilər. İnsaf yaxşı nəsnədi.
«İnebatı dəniz müharibəsindəki qələbəsindən ruhlanan Roma Papası V Piy Səfəvi hökmdarına məktub yollayaraq onu İraq və Suriyanı Osmanlılardan almağa həvəsləndirmək istəmişdi.
Bunun ardınca Portuqaliya da iki nümayəndə heyəti göndərərək Səfəvilərlə diplomatik əlaqələr yaratmaq istədiyini bəyan etmişdi. Lakin l Şah Təhmasib və ətrafının xristianlara və özəlliklə Müqəddəs (Məkkə və Mədinə) torpaqlara hücum etmiş Portuqaliyalılara qarşı Nifrəti səbəbindən həm Roma Papası, həm də Portuqaliyalılar rədd cavabı almışdılar.
Elə İngilislər də eyni səbəblə Səfəvi hökmdarının rədd cavabı ilə üzləşmişdilər. Belə ki, onların iqtisadi əlaqələr yaratmaq barədə təklifini Şah l Təhmasib «MÜNKİRLƏRİN (KAFİRLƏRİN) DƏSTƏYİNƏ MÖHTAC DEYİLƏM» deyərək rədd eləmişdi.»
Mənbə: Cihat Aydoğmuşoğlu «Şah Abbas ve zamanı» səh. 44
P.S. Bizim belə qürur duyulası şahımız var idi
Vahid İbayev
Milli Kimlik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru