Yaponiya kosmik zibillərin təmizlənməsi üçün ümumi qaydalar hazırlayacaq
Bu gün, 10:07

Yaponiya hökuməti fəaliyyət göstərən peykləri, kosmik rabitə, naviqasiya və müşahidə sistemlərini təhdid edə biləcək fraqmentlərin Yeri əhatə edən kosmik məkandan çıxarılması ilə bağlı beynəlxalq qaydaların işlənib hazırlanmasına başlamaq niyyətindədir.
Oxu.Az-ın "Kyodo" agentliyinə istinadən verdiyi xəbərə görə, 2026-cı il martın sonunadək ilk növbədə bununla bağlı hüquqi və prosessual məsələlərin əhatəsini, o cümlədən bu cür obyektlərin sahibləri haqqında lazımi məlumatların əldə edilməsi mexanizmlərini müəyyən etmək nəzərdə tutulur.
Yaponiya hökuməti BMT strukturları ilə sıx təmas halında hərəkət etmək niyyətindədir.
Kosmik zibil adlandırılan hissə Yerə yaxın orbitlər boyunca saniyədə yeddi-səkkiz km sürətlə hərəkət edir və hətta kiçik fraqmentlər də toqquşma zamanı böyük zərər verə bilər.
Avropa Kosmik Agentliyinin məlumatına görə, hazırda istismar müddətini başa vurmuş təqribən 3 000 peyk və 2 000-ə yaxın raket parçası Yer ətrafında fırlanır.
Digər məlumatlara görə, hazırda orbitdə diametri 10 sm-dən çox olan 30 mindən çox obyekt və diametri 1 mm-dən çox olan 100 milyona yaxın fraqment var.