Cəlilabadda abidəni və ərazini hansı məmur satıb?-Fotofakt

Bu gün, 08:18           
Cəlilabadda abidəni və ərazini hansı məmur satıb?-Fotofakt
Azərbaycanda kuryoz hadisə baş verib.

XALQ məlumat verir ki, oxu.az -a bu barədə Cəlilabadın Göytəpə şəhər sakinləri məlumat veriblər.

Sakinlər iddia edirlər ki, rayonun Göytəpə şəhərində 1941-1945-ci il Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əldə edilməsinə görə ucaldılan xatirə abidəsinin yeri dolayı sənədlər əsasında Almaniyada yaşayan bir şəxsə satılıb. Abidənin ərazisi isə dəmir hasara alınıb.

Şəhər sakinləri bu hala biganə qalmayıb və öz hesablarına abidəni yenidən bərpa ediblər.

Hazırda abidənin ətrafından hasarın sökülməsi üçün imzalar toplanıb, müvafiq qurumlara müraciət hazırlanır. Onların tələbi abidənin əvvəlki vəziyyətinə qaytarılmasıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru