"Yaponiyanın "yeni Vanqası" və iyul zəlzələsi: qorxulu proqnoz nə dərəcədə doğru çıxıb?" - "Daily Mail"
Bu gün, 08:34

"Keçmişin yuxuları və bugünün silkələyici reallığı..."
Yapon rəssam və öncəgörücü Ryo Tatsuçinin növbəti "dəhşətli" proqnozu gerçəyə çevrilib. O, "Gördüyüm gələcək" adlı kitabında gələcəkdə baş verəcək böyük fəlakətlərdən bəhs edir.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Tatsuçi bu əsəri özünün "peyğəmbəri yuxuları"na əsaslanaraq yazıb və artıq bir çox öncəgörmələri, o cümlədən Diana Spenserin ölümü, COVID-19 pandemiyası və 2011-ci il Kobe zəlzələsi zamanla təsdiqlənib.
2025-ci ilin iyuluna aid etdiyi yeni bir proqnoz isə iyulun 30-da Kuril adaları yaxınlığında baş verən 8, 8 bal gücündə zəlzələdən sonra yenidən gündəmə gəlib. Bu güclü təkanlar Yaponiya, ABŞ və Cənub-Şərqi Asiya ölkələrində sunami təhlükəsi yaradıb, təxliyələr və təcili xəbərdarlıqlar başlayıb. Okean sahillərində yaşayan milyonlarla insan yüksək yerlərə köçürülüb.
Tatsuçinin romanında 2025-ci il iyulun 5-nə nəzərdə tutulan fəlakət təsvir olunub: "Yaponiyanın cənub sahillərində dənizlər qaynamağa başlayacaq". Hadisənin özü bu tarixdən 25 gün öncə baş versə də, bənzərlik təəccüb doğuracaq qədər güclüdür. 2021-ci ildə yenidən nəşr olunan romanda yazıçının bu görməsi geniş şəkildə təsvir olunur: "Yaponiya ilə Filippin arasındakı dəniz dibi çatlayacaq. Güclü dalğalar hər tərəfə yayılacaq. Tufanlar Sakit okean ölkələrini vuracaq. Yaponiyanın cənub-qərbinə 2011-ci ildəki sunamidən üçqat yüksək dalğa çırpılacaq".
Reallıqda nə baş verib?
Rusiya sahillərindəki zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıqlar yayımlanıb. Dalğalar Yaponiya, Havay və ABŞ-ın qərb sahillərinə çatdı. Zərər minimum olsa da, dünya səviyyəsində narahatlıq böyüyüb. ABŞ sahillərində xəbərdarlıqlar tezliklə ləğv olunsa da, Çili, Ekvador və Yeni Zelandiyada təxliyə tədbirləri davam edib.
Bu zəlzələ son 70 ilin ən güclü Kamçatka təkanı və ümumilikdə dünyada qeydə alınan altıncı ən böyük zəlzələ idi. Seysmoloqlar yaxın günlərdə 7,5 bal gücündə afterşokların ola biləcəyini bildirib. Yaponiyanın bəzi bölgələrində, o cümlədən Fukusimadakı İvaki şəhərində sakinlər sığınacaqlara üz tutub. 2011-ci ildə dağıdıcı zəlzələ və sunamidən zərər görmüş "Fukuşima-1" AES-in əməkdaşları stansiyadan təxliyə edilib və uzaqdan monitorinqə keçiblər.
Proqnozlar turizmə də zərər vurub
Tatsuçinin proqnozunun bu qədər dəqiq çıxması bir çox insanı təşvişə salıb. Xüsusilə Asiya ölkələrindən Yaponiya turizm istiqamətinə maraq kəskin azalıb. "Bloomberg Intelligence"-in məlumatına görə, Honqkonqdan edilən bronlar ötən illə müqayisədə 50 faiz, iyunun sonu və iyulun əvvəllərinə olan sifarişlər isə 83 faiz azalıb. Ryo Tatsuçi özü isə proqnozlara ifrat inamın əleyhinə çıxır. O, insanlara daha çox elmi rəyə əsaslanmağı tövsiyə edir.
Lakin yapon hökuməti məsələyə rəsmi münasibət bildirib. Miyaqi prefekturasının qubernatoru Yoşihiro Murai proqnozların elmi əsası olmadığını vurğulayıb və sosial şəbəkələrdə yayılan panikanın turizmə ciddi zərər vurduğunu deyib: "Əsaslı panikaya ehtiyac yoxdur - ölkədən heç kim qaçmır. Əhalini şayiələrə fikir verməməyə və Yaponiya səfərlərinizdən vaz keçməməyə çağırıram".
Elm nə deyir?
Yaponiyanın yerləşdiyi "Sakit okean yanar halqası" bölgəsi dünyanın ən aktiv zəlzələ zonasına çevrilib. Hökumət tərəfindən apreldə təqdim olunan hesabatda qeyd olunub ki, yaxın dəniz zəlzələsi 298 min insanın həyatına son qoya bilər. Lakin alimlər təəssüf ki, yeraltı təkanların dəqiq vaxtını və yerini öncədən müəyyən etməyin bu gün üçün mümkün olmadığını deyirlər.
Ryo Tatsuçinin peyğəmbərlik sirləri
1980-ci illərin əvvəllərində qeyri-adi yuxular görməyə başlayan Ryo Tatsuçi zamanla məşhur "öncəgörən"ə çevrilib. Onun yazdığına görə, gördüyü hər bir yuxu konkret "beşli" dövrlərə uyğun olaraq gerçəkləşir - 5 gün, 5 ay, 5 il, ya da 15 il sonra. Məsələn, 1995-ci ildə "Kobe şəhəri çatlayacaq" proqnozu verib və cəmi 15 gün sonra həmin şəhərdə güclü zəlzələ olub.
Ən çox səslənən proqnozlarından biri də Freddi Merkurinin ölümünə aiddir. O, 24 noyabr 1976-cı ildə görüb ki, məşhur bir müğənni qəfil dünyasını dəyişir. Tam 15 il sonra - 1991-ci ilin eyni günü Freddi Merkuiri vəfat edib. Bundan əlavə, 1992-ci ildə gördüyü bir yuxuda uzun saray dəhlizində ağ saçlı bir qadının portretini görüb. Üzərində "Diana" yazılıb. Beş il sonra həmin qadının - Şahzadə Diananın qəza nəticəsində öldüyü xəbəri dünyanı sarsıdıb.
Ryo Tatsuçi indi tez-tez bolqar öncəgörücü Vanqa ilə müqayisə olunur. Vanqa da öz ölümündən sonra belə dünya taleyini dəyişən hadisələrlə bağlı dəqiq proqnozları ilə gündəmdə qalır - 11 sentyabr hücumları, pandemiyalar və hətta gələcəkdə Rusiyanın qlobal gücə çevriləcəyi barədə sözləri hələ də geniş müzakirə olunur. Ryo Tatsuçinin yuxuları isə bu gün - dünyanın qeyri-müəyyənliyin içindən keçdiyi bir vaxtda insanlara bir sualı daha da kəskin şəkildə xatırladır: gələcəyi bilmək qorxunu azaldırmı, yoxsa artırır?