"Əbədi" yaşamaq istəyən, böcək kolleksiyası olan dünya milyarderi Devid Rokfellerin sirli həyatı

Bu gün, 10:58           
"Əbədi" yaşamaq istəyən, böcək kolleksiyası olan dünya milyarderi Devid Rokfellerin sirli həyatı
Amerikanın ilk dollar milyarderi Con Rokfellerin nəvəsi Devid Rokfeller neft maqnatı ailəsində dünyaya gəlib. Harvard Universitetində və London İqtisadi Məktəbində təhsil alan Devid daha sonra "Chase Manhattan Bank"ı quraraq onu qlobal maliyyə imperiyasına çevirib.

Ömrü boyu xeyriyyəçilik fəaliyyəti ilə seçilən Rokfeller təkcə Harvard Universitetinə ümumilikdə 1 milyard dollardan artıq vəsait ianə edib. O həmçinin dünyanın ən böyük şəxsi böcək kolleksiyasına sahib idi və kolleksiyadakı bir növ onun adını daşıyırdı.

40 il ərzində altı dəfə ürək, iki dəfə isə böyrək transplantasiyası keçirən Rokfellerin "əbədi həyat" arzusu cəmiyyətdə tənqid doğurmuşdu. 2016-cı ildə ürəyində problemlər yaranan milyarder yenidən ürək köçürməsi əməliyyatı keçirir.

Lakin arzuladığı 200 yaşa çatmaq ona nəsib olmur. Devid Rokfeller 101 yaşında yuxuda ikən ürək dayanmasından vəfat edir.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru