"Bizim əcdadlarımız olan Manna və Midiyalılar antik mənbələrdə "dağ əjdahası" adlanırdı.
Bu gün, 10:54

Məhz bu cəsurluğa görədir ki, yayıldığımız coğrafiyanın əsas etnosu həmişə biz türklər olmuşuq. Məhz bu dominantlıq nəticəsində biz Şərqin ilk imperiyasını quraraq Assuriya kimi azğın bir gücü darmadağın etmişik. Mənbələr sübut edir ki, bizim ilkin totemimiz Boz qurd olub. Etnogenezimizdə rol almış Xəzər saklarında, ovaxtkı dövlətlərimiz olan Midiyada, Alban dövlətində qadınların hər kişi ilə yox, ancaq igid, qorxubilməz, hər bir şəraitdə döyüşməyi bacaran cəsur kişilərə ərə getməsi, ailə qurması adətinə ciddi riayət olunurdu(Bu adət Kitabi-Dədə-Qorqud dastanında da var).
Atropatenalılar isə antik mənbələrdə "ən çox süvari döyüşçüsü olan cəsur xalq", "ən cəsur xalq", "məğrur xalq" adlandırılır. Ümumiyyətlə, Boz qurddan əxz olunmuş bir çox mənəvi dəyərlər, inam və etiqadlar tarix boyu bizdə ciddi qorunub. Biz türklərdə döyüşüb qalib gəlmək psixologiyası, əxlaqı hökm sürürdüsə, farslar ancaq hiylə və xəyanətlə qalib gəlmək psixologiyası ilə yaşayır və mübarizə aparırdılar. Strabon yazır ki, farslar çara məxsus geyim hazırlamağı, at üstündə ox-yayla döyüşməyi, şalvar, qollu köynək geyməyi, keçə papaq qoymağı və s. türklərdən öyrəniblər və yerli türk etnoslara yad, mədəni cəhətdən onlardan aşağı idilər".
Tarix üzrə fəlsəfə doktoru X.Xəlilli, "Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi" kitabından.
Şəkil: Azərbaycanlılar, 1980-ci illər.
Azərbaycanlıların səhifəsi