QATİL KÖLGƏDƏN GERİMİ ÇIXIR?

Bu gün, 11:18           
QATİL KÖLGƏDƏN GERİMİ ÇIXIR?
Rusiya Dövlət Duması yaz sessiyasının son iclasında səhnəyə tanış bir qatilin kölgəsi qayıtdı — Stalinin kölgəsi. Parlamentin sədri Volodin çıxışında kommunistlərin lideri Züqanova “züy” tutaraq Xruşşovun 1956-cı il “şəxsiyyətə pərəstiş” çıxışına yenidən baxılmasını səsləndirib.
Bu nə deməkdir?
Yoxsa ruslar tarixə yenidən baxmaq istəyirlər?
Xeyr, Putin tarixə yeni baxış deyil, tarixi dəyişdirmək istəyir.
Zombiləşmiş kütlə Xruşşovun Kommunsit partiyasının 20-ci qurultayındakı çıxışını masaya yatırmaq istəyir. 75 il sonra Stalin dövründəki cinayətləri — repressiyaları, sürgünləri, qətlləri, milyonlarla insanın həyatına son qoyan qərarlara “yenidən baxmaq” rusları ekstaza gətirir. Zombilər qatil Stalini reabilitasiya etmək üçün dəridən-qabıqdan çıxırlar.
75 il idiki həbs olunan, güllənən, sürgün edilən milyonlarla qurbanın yaxınları qorxudan danışa bilmirdilər. Bu qorxu danışmayan, “dilsiz” bir dəhşətə çevrilmişdi. Və Putin o məşhur dilsiz dəhşəti dilləndirmək üçün hərəkətə keçib. Onun məqsədi təkcə keçmişi deyil, bu günü və sabahı da dəyişməkdir…
Görəcəksiniz, bu minvalla yaxında Volqoqrada Stalinqrad adını geri qaytaracaqlar.
Zəmanə dəyişdi, Stalin rus cəmiyyətində artıq qorxunun deyil, gücün simvoluna çevrilir.
Bir vaxtlar Stalinin adını tarixdən silən rus xalqı indi cəlladını reenkarnasiya edir.
Bu, nostalji deyil, xalqda şıxsiyyətə pərəstişi diriltməkdir.
Daha da düşündürücüsü odur ki, bu ideoloji dönüş Dövlət Duması seçkilərinə cəmi bir il qalmış baş verir. Stalin adı ətrafında yaradılan bu süni coşğu xalqa sadə, anlaşılan bir “Великодержавие” – böyüklük narrativi verir.
Əvvəldən xəbərim olsaydı Dumaya məktub yazıb məsləhət də verərdim.
https://t.me/ibrahim_nebioglu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru