Moskvada kovid amnistiyası: Cərimələr geri qaytarılır

1-06-2022, 12:39           
Moskvada kovid amnistiyası: Cərimələr geri qaytarılır
Bu gündən Moskvada kovid amnistiyası qüvvəyə minir. Moskva sakinləri və müəssisələrdən qayda pozuntularına görə cərimələr alınmayacaq, əvvəllər ödədikləri cərimələrə görə də kompensasiya veriləcək.

Axar.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.

Sobyaninin sözlərinə görə, o, bu qərarı koronavirus təhlükəsi sovuşduğu, həm də vətəndaşların real gəlirləri aşağı düşdüyü üçün verib.

Bildirilib ki, ümumilikdə cərimələrin yığılması dayandırılacaq və təxminən 13,6 milyard rubl məbləğində vəsait vətəndaşlara və sahibkarlara geri qaytarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru