Dövlət Departamenti: Ermənistan və Azərbaycan təmkinlilik hissini bərpa etməyə çalışmalıdır

3-05-2016, 09:22           

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında təmkinlilik hissini daha yaxşı şəkildə bərpa etməyə çalışmalıdır.

"Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün telefon söhbəti zamanı vurğulayıb.

"Onlar, həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə danışıblar və tərəflər arasında təmkinlilik hissini daha yaxşı şəkildə bərpa etmək cəhdlərinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar", - deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi mayın 2-də keçirilən brifinq zamanı bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.