100 qadından 14-ü RİSK ALTINDA — Spirtli içki süd vəzi xərçəngi YARADIR?

16-06-2025, 11:37           
100 qadından 14-ü RİSK ALTINDA —
Son günlər ayrı-ayrı mütəxəssislər tərəfindən qadınlarda süd vəzi xərçənginin yaranmasının spirtli içkilərlə əlaqəli olduğu haqda açıqlamalar yayılır. Müxtəlif mənbələrdə qeyd olunur ki, həftədə cəmi 10 spirtli içki istehlak edən 100 qadından 14-ü həyatının bir dövründə döş xərçəngi ilə üzləşir.

Bəs ekspertlərimiz bu məsələ ilə bağlı nə düşünür?

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Bizim.Media-ya verdiyi açıqlamada bu fikirlə razılaşmadığını açıqlayıb. O, xərçəng xəstəliyinin yaranma səbəblərinin hələ də tam məlum olmadığını vurğulayıb:

“Söhbət ondan gedir ki, əgər bu xəstəlik müalicə olunmursa, səbəbləri çox vaxt insanlara məlum deyil. Bəzən deyilir ki, bu xəstəlik spirtli içkidən, siqaretdən və digər vərdişlərdən yaranır. Birincisi, spirtli içki toksiki maddələrə çevrilir və müxtəlif xəstəliklər yarada bilər. Ancaq, xərçəng xəstəliyini yaradan konkret səbəblər ilə bağlı ehtimallar yoxdur.Doğrudur, spirt xərçəng riskini artırma potensialına malikdir. Ancaq süd vəzi xərçəngi məsələsinin niyə bu qədər müzakirə olunduğu maraqlıdır. Fikrimcə, bu səbəblər əsassızdır,” – deyə ekspert qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru