Xameneinin ətrafı Rusiya ilə təmasa keçdi: Ölkədən getmək təklif edilir - Sensasiya

16-06-2025, 07:30           
Xameneinin ətrafı Rusiya ilə təmasa keçdi:
İranın ali dini lideri Əli Xameneinin Baş Qərargah rəisinin müavini Əli Əsgər Hicazi ilə bir neçə digər yüksək vəzifəli məmur lazım gələrsə, ailələri ilə birgə ölkədən qaçmaq üçün Rusiya hakimiyyəti ilə danışıqlar aparırlar.
Bakupost.az xəbər verir ki, belə bir sensasion iddia ilə “İran İnternasional” çıxış edib.
Bildirilib ki, yüksək rütbəli bir rusiyalı məmur Hicazi ilə əlaqə saxlayıb və onu əmin edib ki, vəziyyət pisləşərsə, o, ailəsi ilə birlikdə təhlükəsiz dəhliz vasitəsilə İrandan çıxarılacaq.
“Məlumata görə, İslam Respublikasının yüksək rütbəli rəsmilərindən olan digər şəxslərə də analoji zənglər edilib.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə İran rejiminin yüksək səviyyəli liderlərinin çantalarını yığdığına dair işarələrin olduğunu bildirmişdi.
Netanyahu şənbə günü ingilis dilində videomüraciətində deyib ki, İslam Respublikasının liderləri gələcəyi hiss ediblər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru