Sarıkök xərçəng hüceyrələrinin inkişafını ləngidir
Bu gün, 10:08

Sarıkök xərçəngə qarşı faydalı təsirlər göstərə biləcək təbii maddələrdən biridir. Elmi araşdırmalarda onun xüsusilə iltihabəleyhinə, antioksidant və xərçənghüceyrə əleyhinə xüsusiyyətləri vurğulanır. Bu, o demək deyil ki, sarıkök xərçəngin müalicəsi üçün dərman əvəzidir, lakin diyetə əlavə olaraq dəstək rolu oynaya bilər.Foodinfo.az sarıkökün xərçənglə bağlı mümkün faydalarını təqdim edir:– Kurkumin bədəndəki iltihabi prosesləri tənzimləyərək xərçəng hüceyrələrinin inkişafını ləngidir.
– Güclü antioksidant təsiri ilə sərbəst radikalları zərərsizləşdirir. Bu da sağlam hüceyrələrin zədələnməsinin qarşısını alır.
– Bəzi laborator araşdırmalar kurkumindən istifadə zamanı xərçəng hüceyrələrinin bölünməsinin azaldığını göstərib (xüsusilə süd vəzi, yoğun bağırsaq və prostat xərçəngi modellərində).
– Bəzi hallarda kurkumin müalicə ilə yanaşı istifadə olunduqda dərmanların təsirini gücləndirə, eyni zamanda onların yaratdığı yan təsirləri (iltihab, oksidativ stres) yüngülləşdirə bilər- Xərçəng şişləri inkişaf etmək üçün yeni damarlar yaradır (angiogenez). Kurkumin isə bu prosesi ləngidir.Sarıkök sağlam qidalanma və dəstəkvi terapiya çərçivəsində faydalı bir vasitə ola bilər, amma təkbaşına müalicə vasitəsi deyil.