Tehranın polis rəisi öldü: Sakinlər arasında panika yaranıb (VİDEO)

16-06-2025, 09:44           
Tehranın polis rəisi öldü: Sakinlər arasında panika yaranıb (VİDEO)
Tehranın çıxışında kilometrlərlə uzunluqda tıxac yaranıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.

Qeyd olunur ki, İsrailin yaşayış məntəqələrinə endirdiyi zərbələr fonunda İran paytaxtında yerli əhali arasında panika artır.

Şəhərdə bomba quraşdırılmış avtomobillərdən istifadə etməklə 5 məqsədyönlü partlayış həyata keçirilib. Nəticədə şəhərin su təchizatına ziyan dəyib. Tehranın küçələrini kanalizasiya suları basıb.

Yerli polis idarəsinə də ziyan dəyib, binaya dron hücumu olub. Nəticədə, təsdiq edilməmiş məlumatlara əsasən, şəhər polisinin rəisi, "Tehran qəssabı" kimi tanınan Əhmədraz Radan və digər əməkdaşlar öldürülüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru