Qırğızıstanın İran səfirliyinin əməkdaşları Azərbaycana gəldi

16-06-2025, 10:34           
Qırğızıstanın İran səfirliyinin əməkdaşları Azərbaycana gəldi
Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi çərçivəsində dövlət sərhədinin Astara sərhəd-keçid məntəqəsindən keçid prosesi davam edir.

Sitat.info xəbər verir ki, Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub.
Təxliyə olunan şəxsləri Azərbaycan tərəfinin rəsmi nümayəndələri ilə yanaşı, Qırğızıstanın Bakıdakı səfirliyinin əməkdaşları da qarşılayıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru