Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...

16-06-2025, 10:26           
Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...
Gədəbəydə məmur özbaşınalığı geniş vüsət almaqdadır. Bu barədə "DİA-AZ"a gileylənən gəbəylilər iddia edir ki, məhz özlərini toxunulmaz hiss edən ayrı-ayrı vəzifəli şəxslər səbəbindən bu gün yerli sakinlər rayondan qaçmaq zorunda qalırlar.

Sakinlər iddia edir ki, konkret olaraq Gədəbəy rayonu Saratovka kəndinin örüş yeri qanunsuz olaraq yerli məmurlar tərəfindən zəbt olunub və nəticədə kəndlilər heyvanlarını otara bilmələri üçün yer tapa bilmirlər.

Sakinlərin bildirdiyinə görə, hətta müqavilə ilə sahibi olan torpaq sahələri belə örüş yeri olaraq zəbt olunub.

"Məsələn, Xəyal Rzayev adlı birisi var və açıq şəkildöə özbaşınalıq edir" deyən narazı Gədəbəy sakinləri qeyd edirlər ki, X.Rzayev özü Gədəbəy rayon məhkəməsinin icra şöbəsində işləsə də əsas himayədarı yerli icra hakimiyyətində oturub.

Qeyd edək ki, narazılığa səbəb olan örüş yeri ilə bağlı Gədəbəy rayon icra hakimiyyəti də məlumatlandırılıb: "Amma görünür ki, kimisə kəndlinin durumu düşündürmür. Kəndlinin heyvanları acından da ölsə, məmurların heyvanları tox olmalıdır..."

Məsələ diqqətimizdədir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru