"Stealth" texnologiyası və ya F‑35 necə görünməz olur?
Bu gün, 08:14
F‑35-in radara yaxalanmaması mühəndislik möcüzəsi olan “stealth” texnologiyası ilə mümkün olur. Təyyarənin gövdəsi iti bucaqlı, hamar və çıxıntısız dizayn edilib ki, radar siqnalları geri əks olunmasın, başqa istiqamətə yönəlsin. Bütün səth radar-uducu materialla örtülüb və mühərrik pəri görünməsin deyə hava girişləri daxilində S-formalı kanallar yerləşdirilib. Bu cür quruluş radar dalğalarının mühərrikə çatmasının qarşısını alır. Silahlar təyyarənin daxilində saxlanılır, açıqda heç nə yoxdur. Alçaq hündürlükdə uçduqda isə F‑35 radar üçün demək olar ki, ətraf mühitlə birləşir – dağ, bina və yer refleksləri arasında itir. Bütün bu texnologiyalar bir araya gələndə təyyarə sanki göy üzündə fiziki olaraq var, amma radar dünyasında “yox kimidir”. Джавид Дамирли TEREF