Qattuzo İtaliya millisinin baş məşqçisi təyin edilib

16-06-2025, 09:49           
Qattuzo İtaliya millisinin baş məşqçisi təyin edilib
2006-cı ilin dünya çempionu Cennaro Qattuzo İtaliya milli futbol komandasının baş məşqçisi təyin edilib.
Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. O, bu postda 2023-cü ildən rəhbərlik edən Luçano Spalettini əvəz edib.
"Qattuzo İtaliya futbolunun simvoludur. Onun motivasiyası, peşəkarlığı və təcrübəsi milli komandanın qarşıdakı tapşırıqların öhdəsindən ən yaxşı şəkildə gəlmək üçün əsas olacaq.

Əldə etmək istədiyimiz məqsədin vacibliyini dərk edərək, ona bu çağırışı qəbul etdiyi üçün təşəkkür edirəm", - İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru