Donald Tramp Əli Xamaneini niyə qorumalıdır ki?

16-06-2025, 09:31           
Donald Tramp Əli Xamaneini niyə qorumalıdır ki?
ABŞ Prezidenti Donald Trampın İsrailin İranın ali rəhbəri Əli Xamaneini öldürmək planına veto qoyması inandırıcı deyil. Trampın hansı açıqlaması və ya vədi doğru çıxıb ki, bu xəbər də təsdiq olunsun.
Tramp dünən söylədiyinin bu gün tam əksini söyləyir. Bir də ki, Donald Tramp Əli Xamaneini niyə qorumalıdır ki? Bu arada, Rusiya mediasında Əli Xamaneinin aparat rəhbərinin müavininin Rusiya rəsmiləri ilə danışıqlar apardığı barədə başqa bir xəbər yayılıb. Danışıqlarda İranda vəziyyətin kəskinləşəcəyi halda ali dini liderin Rusiyada sığınacaq alması müzakirə olunub.
Rusiyanın Əli Xamaneiyə sığınacaq verməyə hazır olduğu bildirilib. Bunda qeyri-adi heç nə yoxdur, Əli Xamaneinin keçmiş müttəfiqi Bəşər Əsəd də Rusiyada sığınacaq alıb.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru