Şəkərsiz saqqızlar həqiqətən zərərsizdirmi?

16-06-2025, 12:08           
Şəkərsiz saqqızlar həqiqətən zərərsizdirmi?
Son illər şəkərsiz saqqızlar “daha sağlam alternativ” kimi təqdim olunur. Foodinfo.az bildirir ki, bu barədə stomatoloq Olqa Şuvalova “Argumentı i Faktı” qəzetinə açıqlama verib.
Onun sözlərinə görə, bu cür saqqızlar şəkər tərkibli saqqızlara nisbətən diş çürüməsinin qarşısını alır. Lakin mütəxəssis xəbərdarlıq edir ki, saqqızlarda istifadə edilən süni şəkərləndiricilər – məsələn, sorbitol və ksilitol – mədə-bağırsaq pozuntularına səbəb ola bilər.Şuvalova qeyd edir ki, həddindən artıq saqqız çeynəmək çənə oynaqlarında problemlərə yol aça bilər. Araşdırmalar göstərir ki, gündə maksimum 20 dəqiqə saqqız çeynəmək məqbuldur.
Uzunmüddətli istifadə bəzi insanlarda baş ağrısı və həzm problemləri yarada bilər. Saqqızın tərkibindəki E171 kimi bəzi rəngləndiricilərin zərərli təsiri hələ də mübahisəlidir.Həkim xüsusilə uşaqlarda saqqız istifadəsinin məhdudlaşdırılmasını tövsiyə edir. Diş təmizliyi üçün ən təsirli yol yenə də fırçalama və diş sapıdır. Saqqız yalnız əlavə vasitə kimi qəbul edilməlidir. Mütəxəssis bildirir ki, “sağlam saqqız” mifinə aldanmaq düzgün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru