ABŞ Dövlət Departamenti İranı yeni sanksiyalarla hədələdi

19-07-2022, 09:34           
ABŞ Dövlət Departamenti İranı yeni sanksiyalarla hədələdi
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, İran Rusiyaya pilotsuz uçuş aparatlarını təhvil verərsə, bu, ABŞ və digər ölkələrin bir sıra sanksiyalarına səbəb olacaq.

O bəyan edib ki, Vaşinqton vəziyyəti nəzarətdə saxlamaqda davam edir.

Qeyd edək ki, iyulun 12-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İranın Rusiyaya bir neçə yüzə qədər pilotsuz uçan aparatı ötürmək niyyətində olduğunu deyib. Daha sonra bu məlumatı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan təkzib edib.

Mənbə: kommersant.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru