İranlı təqaüdçülərin qəzəbi daşdı: “Rəisi Allahın düşmənidir!” - VİDEO

19-07-2022, 11:53           
İranlı təqaüdçülərin qəzəbi daşdı:
İranda Sosial Təminat İdarəsindən təqaüdə çıxanlar 30-a yaxın şəhərdə kütləvi etiraz aksiyaları keçirərək pensiya haqlarının artırılmasını tələb ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Etirazlar zamanı onlar Rəisi hökuməti və parlament əleyhinə şüarlar səsləndirərək, Ali Əmək Şurasının qərarları əsasında təqaüd haqlarının artırılmasını istəyiblər.

Tehranda təhlükəsizlik qüvvələri bir neçə təqaüdçünü saxlamaqla, etirazların genişlənməsinə imkan verməyib, narazıları dağıdıb və ya həbs edib.

Pensiyaçılar etiraz aksiyalarında “Rəisi həya et” və “Rəisi Allahın düşmənidir” kimi kəskin şüarlar səsləndiriblər.

Xatırladaq ki, son bir neçə ayda Rəisi hökuməti təqaüdçülərin tələblərinin yerinə yetirilməsi ilə bağlı bir neçə dəfə söz versə də, bu yöndə heç bir tədbir görməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru