Britaniyada rekord istilər səbəbindən yanğınlar başlayıb - VİDEO

20-07-2022, 08:23           
Britaniyada rekord istilər səbəbindən yanğınlar başlayıb - VİDEO
Britaniyada rekord istilər yanğınlara səbəb olub. Bu gün ölkənin bir sıra rayonlarında havanın temperaturu +40 dərəcəyə yüksəlib ki, bu da meteoroloji müşahidələr tarixində rekord göstərici olub.

Britaniya Hərbi Hava Qüvvələrinin ən böyük bazası “Brize Norton” istilərin uçuş-enmə zolaqlarına təsiri səbəbindən bir gün əvvəl fəaliyyətini dayandırıb. Ölkənin cənubunda qatarlar gecikmə ilə hərəkət edir, bəzi reyslər isə ləğv edilib.

Hazırda krallıqda bir çox tədris müəssisələrində dərslər dayandırılıb və ya onların müddətini əhəmiyyətli dərəcədə azaldılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru