Avropa Birliyi diplomatiyasının başçısı Federika Moqerini Avropaya müharibə kabusunun qayıtdığını söyləyib.
Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, 9 mayla bağlı çıxışı zamanı Moqerini Fransanın keçmiş xarici işlər naziri Robert Şunanın 65 il öncə söylədiyi sözləri xatırladıb. Eks-nazir Avropa xalqlarını birləşməyə və qitədə müharibəni mümkünsüz etməyə səsləmişdi.
“Şumanın 2-ci Dünya savaşı bitəndən 5 il sonra əsrlik fikir ayrılıqlarını kənara qoymaq çağırışı Avropa Birliyinin əsasını təşkil elədi. İllər ərzində bizim Birlik 6 üzv-ölkədən 28-ə çatmaqla dünyanın ən iri sülh layihəsi oldu. Bizim atalarımızın – qurucularımızın arzuları həyata keçdi”, - deyə o qeyd edib.
“Ancaq madam ki, müharibə kabusu qitəmizə qayıdıb, bizim birliyimiz bizim nəhəng gücümüz olaraq qalır. Biz Avropa dəyərlərinin və xalqlarının maraqlarının qorunmasına görə məsuliyyət daşıyırıq” – əlavə edib Moqerini.