"Microsoft" istifadəçilərinə qulaq asdı: "Windows 11"də çoxdan gözlənilən funksiya

5-04-2025, 17:14           
"Microsoft" istifadəçilərinə qulaq asdı: "Windows 11"də çoxdan gözlənilən funksiya
"Microsoft" korporasiyası "Başlat" menyusunun yeni dizaynını test etməyə başlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "phantomofearth" ləqəbli istifadəçi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

İstifadəçinin məlumatına görə, "Windows 11"in beta versiyası "Başlat" menyusunun yeni versiyası ilə təchiz edilib. Əsas yenilik sistem tərəfindən təklif olunan tətbiqləri və faylları ehtiva edən "Tövsiyə edilənlər" bölməsini tamamilə söndürmək imkanıdır.

Artıq istifadəçilər menyuda yalnız sabitlənmiş proqram qısayollarını saxlaya biləcəklər, bu isə interfeysi daha minimalist və rahat edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru