BP 2029-cu ilə qədər “Şahdəniz”də yeni platforma istismara vermək istəyir

5-04-2025, 15:44           
BP 2029-cu ilə qədər “Şahdəniz”də yeni platforma istismara vermək istəyir
BP 2029-cu ilə qədər “Şahdəniz”də yeni platforma istismara vermək istəyir
Böyük Britaniyanın BP şirkəti 2029-cu ilə qədər “Shah Deniz Compression” (SDC) platformasını istifadəyə verməyi planlaşdırır.

İndex.az xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mett Kirkhem bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında bildirib.

“Hazırda layihə çərçivəsində Azərbaycan hökuməti və ictimaiyyətlə onun ekoloji və sosial təsirinin qiymətləndirilməsini müzakirə edirik. Məqsədimiz bu ilin ortalarına qədər yekun investisiya qərarını qəbul etmək, gələn il tikintiyə başlamaq və platformanı 2029-cu ilə qədər istismara verməkdir”, – M.Kirkhem qeyd edib.

O əlavə edib ki, layihənin məqsədi aşağı təzyiqli qaz ehtiyatlarına çıxışın təmin edilməsi və hasilatın maksimum həddə çatdırılmasıdır. Layihə elektrik enerjisi ilə işləyən kompressor qurğularına malik dəniz platformasının tikintisi və istifadəyə verilməsini əhatə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru