“ABŞ ilə yalnız bu halda danışıqlara razılıq verəcəyik”

6-04-2025, 00:02           
“ABŞ ilə yalnız bu halda danışıqlara razılıq verəcəyik”
İran Prezidenti Məsud Pezeşkian ABŞ Administrasiyasının danışıqlara çağırışları ilə İrana qarşı təhdidlərini ziddiyyət kimi qiymətləndirib və bunu tənqid edib.

TEREFz xəbər verir ki, o, Tehranın yalnız bərabərhüquqlu danışıqlara razılıq verəcəyini bildirib.

İranın xarici siyasətində digər dövlətlərlə münasibətlərin vacibliyini vurğulayan Pezeşkian amerikalı həmkarı Donald Trampın İranla danışıqlarla bağlı çağırışına cavab olaraq, ölkəsinin bərabər şərtlər əsasında dialoqun tərəfdarı olduğunu diqqətə çatdırıb.

O, ABŞ-ın İranı təhdid etmək, eyni zamanda danışıqlara çağırmaq kimi ziddiyyətli siyasətini rədd etdiyini söyləyib.

“Bu gün ABŞ təkcə İrana qarşı deyil, bütün dünyaya qarşı bu cür alçaldıcı davranır. Bu isə danışıqların ruhuna ziddir”, – deyə İran Prezidenti əlavə edib.

Qeyd edək ki, Tramp bir müddət əvvəl danışıqlara başlamaq üçün İrana məktub ünvanlayıb.

Pezeşkian buna cavabında ABŞ-la birbaşa danışıqları istisna etsə də, Tehranın dolayı danışıqları məqsədəuyğun variant kimi nəzərdən keçirdiyini bildirib. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru