Tramp rüsumları yumşaltmaq üçün üç ölkə ilə təmasdadır

5-04-2025, 15:27           
Tramp rüsumları yumşaltmaq üçün üç ölkə ilə təmasdadır
ABŞ Prezidenti Donald Tramp Ağ Evin proteksionist siyasəti fonunda Vyetnam, Hindistan və İsrailə münasibətdə rüsumların yumşaldılması ehtimalı məqsədilə bu ölkələrin nümayəndələri ilə təmas saxlayıb.

Bu barədə CNN telekanalı xəbər verir.

Bildirilib ki, D.Tramp tarifləri yumşalda biləcək ayrı-ayrılıqda ticarət razılaşmalarını müzakirə etmək üçün Vyetnam, Hindistan və İsrail nümayəndələri ilə təmasdadır.

ABŞ liderinin bu ölkələrlə qarşılıqlı əlaqəsi Ağ Ev tərəfindən "danışıqların birinci dalğası" kimi nəzərdən keçirilir, çünki müxtəlif ölkələr D.Trampa cavab strategiyası hazırlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru