Vyetnam ABŞ ilə razılıq əldə olunarsa, tarifləri sıfıra endirməyə hazırdır - Tramp

5-04-2025, 16:08           
Vyetnam ABŞ ilə razılıq əldə olunarsa, tarifləri sıfıra endirməyə hazırdır - Tramp
ABŞ Prezidenti Donald Tramp Vyetnamın danışıqlara açıq olduğunu və ABŞ tariflərini sıfıra endirməyə hazır olduğunu bəyan edib.

APA xəbər verir ki bu barədə Tramp “Truth Social” hesabında yazıb.

“Vyetnam Kommunist Partiyasının baş katibi To Lam ilə indicə çox məhsuldar bir telefon danışığı oldu. O mənə dedi ki, Vyetnam ABŞ ilə razılığa gələ bilsə, tariflərini sıfıra endirmək istəyir. Ölkəmiz adından ona təşəkkür etdim və yaxın gələcəkdə görüşü səbirsizliklə gözlədiyimi bildirdim”- Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, Tramp Vyetnamdan idxal edilən mallara 46% yeni tarif tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru