"Nə ailəli insanla məni görərsiniz, nə də ailəli insandan uşaq dünyaya gətirərəm" - VİDEO

5-04-2025, 12:16           
 "Nə ailəli insanla məni görərsiniz, nə də ailəli insandan uşaq dünyaya gətirərəm" - VİDEO
Müğənni Canan qalmaqallı açıqlama verib.

"Rəngarəng" verilişində qonaq olan ifaçı ad çəkmədən bəzi həmkarlarına söz atıb.

O bildirib ki, heç vaxt ailəli kişi ilə münasibət qurmaz: "Alnım açıqdır, nə həyat yaşamışamsa, göz önündə olub.

Heç kimin ailəsini dağıtmamışam. Heç kimin həyat yoldaşından uşaq dünyaya gətirməmişəm. Söz verirəm, nə qədər ki, yaşayıram, nə ailəli insanla məni görərsiniz, nə də ailəli insandan uşaq dünyaya gətirərəm. Bu, nə mənim tərbiyəm üçündür, nə də başım üçün".

Cananın bu sözləri qalmaqal yaşadığı Vəfa Şərifovaya dediyi iddia edilib.

/Bizim.Media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru