"Perseverance" marsoхodu "hannibalizm"in şahidi oldu VİDEO

5-04-2025, 16:18           
"Perseverance" marsoхodu "hannibalizm"in şahidi oldu  VİDEO
NASA-nın "Perseverance" marsoxodu Marsda maraqlı bir hadisənin şahidi olub - böyük "toz şeytanı" ("toz fırtınası"na verilən ad) özündən kiçiyini udaraq daha böyük bir burulğan əmələ gətirib.

Oxu.Az-ın focus.ua-ya istinadla verdiyi məlumata görə, kadrlar Jezero kraterinin qərb hissəsində, "Hazel Cadısının Təpəsi" adlı bölgədə çəkilib.

Marsoxodun kameraları 65 metr enində böyük və beş metrlik kiçik "toz şeytanı"nı qeydə alıb. Daha iki toz burulğanı fon şəklində görünür.

Elm adamlarının sözlərinə görə, bu tip burulğanlar Marsda tez-tez rast gəlinir. Onlar ya birləşərək böyüyür, ya da bir-birini məhv edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru