ABŞ-də təyyarə gövdəsindən hazırlanmış üçtəkərli maşın satılır

5-04-2025, 15:18           
ABŞ-də təyyarə gövdəsindən hazırlanmış üçtəkərli maşın satılır
ABŞ-də 42,5 min dollara təyyarə gövdəsindən hazırlanmış avtomobil satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, elan "Facebook" marketpleysində yerləşdirilib.

Uçmaq qabiliyyəti olmayan bu maşının ümumi istifadə yollarında hərəkət etməsinə icazə verilib. Onun 1,9 litrlik mühərriki "Volkswagen Beetle"dən götürülüb.

Maşının yaradıcısı qəza nəticəsində zədələnmiş "Rutan Long-EZ" təyyarəsini alıb. Bu təyyarədən hazırlanan avtomobil 1971-ci il "Volkswagen" kimi qeydiyyatdan keçib və qanuni şəkildə ümumi yollarda hərəkət edə bilər.

Avtomobilin gövdəsi yenidən boyanıb, orijinal şassi və işlənmiş qaz sistemi hazırlanıb.

Maşının gücü və digər texniki xüsusiyyətləri göstərilməyib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru