Almaniya sözünü tutmadı, silah əvəzinə qida göndərdi

20-07-2022, 08:41           
Almaniya sözünü tutmadı, silah əvəzinə qida göndərdi
Almaniya kansleri Olaf Şolts Ukraynaya hərbi dəstəyi artıracağını vəd etsə də, əslində hərbi yardımı kəsib.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Velt” nəşri məlumat yayıb.

Qeyd olunub ki, iyunun 21-də federal hökumət Ukrayna üçün silahların siyahısını dərc edib, lakin o vaxtdan bəri üç dəfə həmin siyahı yenilənib və yeni mallarla əvəz edilib.

Nəşrin məlumatına görə, son üç həftə ərzində Ukrayna Almaniyadan iki tədarük alıb: 42 min quru qida və 102 zirehli maşın.

Müxalifət də əlavə təchizatın olmamasını kəskin tənqid edib.

"Federal hökumətdə ictimai sözlər və addımlar çox fərqlidir. Bu, ayıbdır. Federal hökumətin nümayişkaranə şəkildə silah tədarük etmək istəməməsi Almaniyanın reputasiyasına xələl gətirir”, - bunu Bundestaqdakı CDU/CSU fraksiyasının liderlərindən biri Torsten Fray deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru