BMT Ukraynada mülki itkilərlə bağlı son hesabatını yayımlayıb

20-07-2022, 10:48           
BMT Ukraynada mülki itkilərlə bağlı son hesabatını yayımlayıb
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 11 min 800-dən çox mülki şəxs yaralanıb, 5 100-dən çox insan öldürülüb. Onlardan 346-sının uşaq olduğunu təsdiqləyib”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq açıqlama verib.

O bildirib ki, BMT-nin Ukraynada insan haqları üzrə monitorinq missiyasının son hesabatında yayımlanan mülki itkilərin faktiki sayının daha çox olacağı ehtimal edilir.

"BMT Ukraynada mülki şəxslərə edilən kənar hücumlarla bağlı artan hesabatlardan son dərəcə narahatdır. Münaqişə tərəfləri Ukraynada mülki əhalinin və infrastrukturun qorunması ilə bağlı beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etməlidirlər", - F.Haq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru