İrəvan seçimini etdi, Putin “ofsayt”da qaldı - Arşakyan

20-07-2022, 11:19           
İrəvan seçimini etdi, Putin “ofsayt”da qaldı - Arşakyan
ABŞ Mərkəzi Kəşfiyat İdarəsinin (MKİ) direktoru Bernsin Ermənistana tarixdə ilk dəfə olan səfəri Moskvanı hərəkətə keçməyə məcbur etdi. İrəvan kursunu seçdi. Bu kurs Qərb istiqamətidir. Bunu Kremldə anlayan kimi Xarici Kəşfiyyat Xidmətinin rəhbərini, yəni Sergey Narışkini təcili İrəvana yolladılar.

Axar.az xəbər verir ki, bu fikirləri tanınmış erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

“İrəvan seçimini etdi. Hazırda Ermənistanı ciddi dəyişikliklər gözləyir. Hələ heç kim bilmir bu, nə ilə sonlanacaq. Amma dəqiq bilinən bir şey aydın oldu – Ermənistan seçimin etdi, Rusiya “ofsaytda” qaldı.

Bernsin otuz ildən artıq diplomatik iş təcrübəsi, o cümlədən ABŞ-ın Rusiyadakı səfiri kimi fəaliyyət göstərməsi ona Ermənistanı Moskvanın qucağından qoparmağa kömək etməlidir. Deməli, Qərb ruslarla qarşıdurmada Ermənistanın vacibliyini yaxşı anlayır. Bu, Qərbin bizə marağından xəbər verir. Ruslar isə, əlbəttə, qısqanırlar. Hətta çox narahat olurlar, çünki başa düşürlər ki, Ermənistanı itirə bilərlər. Amma bunu da fakt kimi qeyd etmək olar ki, Rusiya artıq Ermənistanı itirib. Putin bunu hələ başa düşməyib. Amma bunu Rusiya xüsusi xidmət orqanları, xüsusilə də Narışkin çox gözəl başa düşür”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru