Polşa Ukrayna ilə sərhəddə yeni silahlı dəstələr yaradır

22-07-2022, 00:01           
Polşa Ukrayna ilə sərhəddə yeni silahlı dəstələr yaradır
Polşanın müdafiə naziri Mariuş Blaşçak Ukrayna ilə sərhəddə yeni ərazi müdafiə briqadalarının yaradılmasını elan edib. Məlumata görə, briqadalardan biri paytaxtın, mühüm infrastrukturun mühafizəsi üzrə ixtisaslaşmalı, eləcə də şəhər ərazilərində döyüş əməliyyatları aparmalı olacaq.

Digər iki bölmə Polşa sərhədini qorumalı və sərhədçilərlə əməkdaşlıq etməlidir.

Bildirilib ki, hər briqadada yüngül piyada və komanda-qərargah batalyonları, həmçinin tibb, mühəndis və maddi-texniki təchizat bölmələri olacaq.

Qeyd edək ki, rəsmi Varşava artıq 15 ərazi müdafiə briqadası formalaşdırıb. Dəstələrin tərkibində 32 minə yaxın insan xidmət edir. (Mənbə: voennoedelo.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru