Misir rəsmiləri uşaqların fotoşəklini çəkməyi qadağan etdilər

22-07-2022, 10:20           
Misir rəsmiləri uşaqların fotoşəklini çəkməyi qadağan etdilər
Misirdə hakimiyyət küçələrdə foto və video çəkilişləri tənzimləyən qaydalar hazırlayıb.

Bu barədə yerli Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu yenilikdən bir qədər əvvəl Qərb bloqerləri qeyd edirdilər ki, görməli yerlərin fotoşəklini çəkmək cəhdləri hüquq-mühafizə orqanlarının əməkdaşlarının marağına səbəb olurdu – təhlükəsizlik qüvvələri bəzən şəkillərin telefondan silinməsini tələb edirdilər.

Misirin Turizm Nazirliyindən açıqlama verilib ki, indi foto və videokameralar üçün xüsusi icazə tələb olunur. Bu, peşəkar işıqlandırma avadanlıqlarının istifadəsinə və ya yolun bağlanmasının zəruri olduğu hallara aiddir.

“[Çəkilişi aparan] bu və ya digər şəkildə Misiri ləkələyə biləcək şəkillər və ya videolar çəkməməyi və ya yaymamağı, həmçinin uşaqları çəkməməyi və vətəndaşları yalnız onların yazılı razılığını aldıqdan sonra çəkməyi öhdəsinə götürür”, - deyə məlumatda qeyd edilir.

Eyni zamanda muzeylərdə və tarixi məkanlarda cib telefonları və şəxsi kameralarla çəkilişlər yalnız fləşdən istifadə etmədən mümkündür.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru