“Lazım gəlsə, Luqansk və Donetski tanıyacağıq...” - Lukaşenko yenə ikibaşlı danışdı

23-07-2022, 00:03           
“Lazım gəlsə, Luqansk və Donetski tanıyacağıq...” - Lukaşenko yenə ikibaşlı danışdı
“Mən Luqanska, Donetskə və Krıma kömək edəcəyəm. Biz onlarla əməkdaşlıq edirik və bunu gizlətmirik”.

"AzPolitika.info” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Frans Press” agentliyinə müsahibəsində deyib.

Bununla belə, Lukaşenko hələ ki, bu separatçı, qondarma respublikaları de-yure tanımadıqlarını etiraf edib. Lakin, “lazım gələrsə”, Belarusun “lxr” və “dxr”-i tanıya biləcəyini deyib: “Yəni, de-fakto biz tanımışıq ki, Krım var, Luqansk və Donetsk var. Bunlar hamısı dedi-qodudur ki, Lukaşenko niyə tanıdı, yaxud tanımadı. Lazım gələrsə, Prezident fərmanı ilə tanıyarıq”.

Lukaşenko əlavə edib ki, Ukraynanın işğal altında olan sözügedən bölgələrindəki separatçı rejimlərə tikinti materialları və digər avadanlıqlarla kömək etməyə hazırdırlar. İndiyə qədər qondarma respublikaları hüquqi baxımdan tanımamasını isə Lukaşenko onunla əsaslandırıb ki, buna ehtiyac olmayıb: “Bizim tanımağımız nə Krıma, nə Luqanska, nə də Donetskə əlavə heç nə verməyəcək”.

Qeyd edək ki, Belarus lideri hər nə qədər Rusiya ilə İttifaq Dövləti yaradılmasına, Putinin təsir dairəsində olmasına baxmayaraq, rəsmi olaraq nə “lnr” və “dnr”-in “müstəqilliyini”, nə də Krımı Rusiya ərazisi kimi tanımayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru