Pentaqon 30 milyard dollarlıq yüzlərlə F-35 qırıcısı almaq niyyətindədir

26-07-2022, 09:42           
Pentaqon 30 milyard dollarlıq yüzlərlə F-35 qırıcısı almaq niyyətindədir
ABŞ Müdafiə Nazirliyi “Lockheed Martin” şirkətindən ümumilikdə 30 milyard dollar məbləğində bir neçə yüz F-35 qırıcı təyyarəsinin alınması ilə bağlı danışıqlar aparır.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, müqaviləyə daxil ediləcək təyyarələrin dəqiq sayı yazın sonuna və ya payızın əvvəlinə qədər müəyyənləşəcək. 2019-cu ildə bu təyyarələrdən 485-nin alınması planlaşdırılırdı, lakin sonra onların sayı 404-ə, daha sonra isə 375-ə endirilib.

Pentaqon bildirib ki, təyyarələrin sayının azalması onların COVID-19-un səbəb olduğu qiymət artımı, komponentlərin tədarük zəncirindəki fasilələr və inflyasiya ilə bağlıdır.

F-35-in ABŞ Hərbi Hava Qüvvələri ilə yanaşı, Finlandiya, İsveçrə və Almaniyaya, eləcə də Polşa və Çexiyaya tədarükü planlaşdırılır. Çexiya bu təyyarələrdən 24-nü almağı planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru