Atlantik okeanında dünyada interneti kəsə biləcək uçqun aşkarlandı
28-07-2022, 00:12
Alimlər Atlantik okeanı dibində nəhəng uçqun – lavina aşkarlayıb. Bu yer dünyada kollaps yarada bilər.
Bakupost. az xəbər verir ki, dünyanın ən uzun sualtı uçqunu olan bu yer alimləri narahat edir. Belə ki, bu lavina dünya üçün bir sıra problemlər yarada bilər. Belə ki, bu uçqun Konqoda subasmalardan sonra təsadüfən aşkarlanıb. Həmin daşqınlar zamanı Konqoda 15 dopler ötürücü stansiyası məhv olub. Su fəlakəti respublikanın internet kabel sistemini, eləcə də Nigeriya və Cənubi Afrik arasında olan internet trafiki sıradan çıxarmışdı. Konqoda baş verən daşqın faciəsi 900 min insana zərər vurmuşdu. 400 min insan evini tərk etmişdi. Alimlər bu subasmanın ən gizli səbəbini Atlantik okeanının dərinliklərində tapıb.Məhz bu uzun dərin uçqun axının gedişini dəyişmiş, onu sürətini artırmışdır. Məhz bu “sualtı lavina”, “qaranlıq axın” bu prosesin ayrılmaz hissəsi olub. İndi alimlər bu uçqunun gələcəkdə dünyəvi faciəyə səbəb olub-olmayacağını araşdırır. Onun hətta dünya üzrə nəqliyyat və internet şəbəkəsini məhv etmək gücündə olduğu bildirilir.