Koronavirusa görə Yaponiya prefekturalarında ən yüksək təhlükə səviyyəsi elan edildi

28-07-2022, 09:44           
Koronavirusa görə Yaponiya prefekturalarında ən yüksək təhlükə səviyyəsi elan edildi
Yaponiyanın ən böyük aqlomerasiyalarından biri olan Osakada koronavirus səbəbilə ən yüksək təhlükə səviyyəsi elan edilib. Prefekturada gündəlik yoluxma halları rekord həddə - 25 762 nəfərə çatıb. Bir gün əvvəl bu göstərici 196 500 idi.


Bu səbəbdən təhlükə səviyyəsi apreldən bəri ilk dəfə “sarı”dan “qırmızı”ya doğru qaldırılıb.

Ümumiyyətlə, ölkənin 47 prefekturasının 14-də rekord sayda gündəlik yeni yoluxma qeydə alınıb.

Pandemiya başlayandan bəri Yaponiyada 11,7 milyon insan koronavirusa yoluxub, onlardan 32 mini vəfat edib.

Mənbə: The Japan Times












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru